"Qalatasaray" Almaniya klubuna 35 milyon avroluq təklif göndərdi

17:57 - 9 İyun 2026

"Ayntraxt"ın yarımmüdafiəçisi Can Uzun karyerasını ölkəsində davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Qalatasaray" türkiyəli futbolçunu transfer etmək istəyir. Bu barədə jurnalist Ali Naci Küçük məlumat yayıb.

İstanbul nəhəngi 20 yaşlı hücumameyilli yarımmüdafiəçi üçün Bundesliqa klubuna 35 milyon avroluq təklif göndərib. Almanlar hələ ki bu təklifə cavab verməyib.

Qeyd edək ki, "Ayntraxt" Can Uzunu 2024-cü ilin yayında "Nürnberq"dən 11 milyon avroya transfer edib. Türkiyə millisinin üzvü 2025/26 mövsümündə Frankfurt təmsilçisinin heyətində meydana çıxdığı 28 rəsmi matçda 10 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti