"Turan Tovuz" heyətini gücləndirib.
Sportal.az xəbər verir ki, Tovuz təmsilçisi Dioqo Balau ilə anlaşıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Son olaraq “Şamaxı”nın formasını geyinən portyqaliyalı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
O, son mövsümdə Premyer Liqada 31 oyunda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
26 yaşlı futbolçu yay transfer dövründə "Turan Tovuz"un ilk transferidir.

