Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün yoxlama oyunu keçirib.
Sportal.az xəbər verir ki, U-20 Pakistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Bu, U-20-nin baş məşqçi Ruy Jorjenin rəhbərliyi altında ilk matçı olub. Qəbələ şəhər stadionunda təşkil olunan görüş millimizin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Komandamızın heyətində qolu 32-ci dəqiqədə Hikmət Cəbrayılzadə vurub.
saytlarin hazirlanmasi
