UEFA-dan Avropa Super Liqası ilə bağlı sərt addım

Qitənin 12 klubu Avropa Super Liqasını yaratmaq üçün hazırlaşırlar.

 

Sportal.az xəbər verir ki, “Real”, “Barselona”, “Atletiko”, “İnter”, “Yuventus”, “Milan”, “Mançester Yunayted”, “Mançester Siti”, “Liverpul”, “Arsenal”, “Çelsi” və “Tottenhem” bu turnirdə mübarizə aparmağı planlaşdırırlar.

 

Almaniya və Fransa klubları isə gözləmə mövqeyindədir. Turnirin 2022-ci ildən start götürəcəyi gözlənilir.

 

UEFA bu turnirin yaradılmasını istəmir. UEFA bu turnirə qatılacaq klubları öz bayrağı altında keçiriləcək yarışlara buraxmayacaq. Qitə qurumu həmin ölkələrin federasiyasına təzyiq edərək, bu klubları daxili çempionata buraxmamağa çağırıb.

 

Hətta bu klublarda çıxış edən futbolçuların milli komandalarında oynamasına icazə verilməyəcək.

Tarix: 19 Aprel 2021 / 00:00
Müəllif: Sportal.az
Whatsapp-la göndər

Xəbər xətti

16 May 2021
15  DekabrMay 2017