"Futbolun gələcəyini PSJ-nin prezidenti ilə birlikdə inşa edəcəyik"

"Lion"un prezidenti Jan-Mişel Ola böyük kütlənin Avropa Super Liqasını nə üçün bəyənmədiyi barədə açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 72 yaşlı fransalı funksioner həm də öz planlarından danışıb:

 

"Super Liqa ideyası oyunların ruhunu deyil, pulu ön plana çıxardığı üçün insanlar dəstək olmadı. Divarlar deyil, körpülər inşa etməliyik. PSJ-nin prezidenti Nasser Əl-Xələfi ilə planlarımız var. İdmanın ruhunu özündə saxlamaqla futbolun gələcəyini inşa edəcəyik".

 

Qitənin 12 klubu Avropa Super Liqasında oynamağa razılaşıb. “Real”, “Barselona”, “Atletiko”, “İnter”, “Yuventus”, “Milan”, “Mançester Yunayted”, “Mançester Siti”, “Liverpul”, “Arsenal”, “Çelsi” və “Tottenhem” klubları turnirdə iştirak edəcəklərini açıqlayıblar.

 

Tarix: 20 Aprel 2021 / 11:32
Müəllif: Sportal.az
Whatsapp-la göndər

Xəbər xətti

16 May 2021
15  DekabrMay 2017