Aftandil Hacıyev: “Zirə”nin bizdən daha motivasiyalı olması normaldır”

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 27-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri matçı şərh edib.

 

Sportal.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 0:2 hesabıyla məğlub olduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

 

- İlk hissədə yaxşı qol imkanlarımız oldu. Amma qol vurmağı bacarmadıq. İlk hissədə daha çox hücumda ola bilirdik. İkinci hissəyə rəqib daha yaxşı başladı və hesabı açdı. Qoldan sonra “Zirə” daha çox qapandı. Rəqibin müdafiəsini yarmaq çətin idi. Standart vəziyyətdən qol vurdular. Bu, bizim yaralı yerimizdir. Hər oyun standart vəziyyətlər zamanı əziyyət çəkirik. Rəqibi təbrik edirəm, çox diqqətli oynadılar. İmkan vermədilər ki, fərqi azaldaq. Çempionatda rəqabət yüksək səviyyədədir. Hər oyunda epizodlar yaxalaya bilirik. Rəşad Sadıqovun ilk ilində medallar uğrunda oynaması təqdirəlayiqdir. Çalışacağıq ki, son oyunda istədiyimiz nəticəni əldə edək.

 

- Premyer Liqada klubların hamısında yerli məşqçidir. Sizcə, bu, çempionatda rəqabəti artırırmı?
- Məncə, hə. Düşünürəm ki, belə davam etsə, daha yaxşı olar və rəqabət də artar. Komandaların büdcələri də yüksəlsə, çempionluğa əvvəlki illərdə olduğu kimi daha çox komanda iddia edər.

 

- Məğlubiyyətə səbəb nə idi?

- “Zirə”nin daha motivasiyalı olması normaldır. Biz də mübarizə apardıq, sona qədər oynadıq. “Zirə” ilk hissədə boşluqlar verirdi. Qol vurduqdan sonra artıq daha diqqətli olmağa başladılar. Gənc futbolçularımız var, rəqiblərlə müqayisədə fərdi xüsusiyyətləri yüksək olan futbolçularımız azdır. Bu gün “Zirə” qələbəyə daha layiq idi.

 

- Gənc futbolçuların hərbi xidmət keçməsi ilə bağlı nə düşünürsüz? Çünki futbolçular hərbi xidmətə gedəndə, uzun müddət formadan uzaq qalırlar…
- Hər zaman istedadlı futbolçuları klublarımız çalışıb ki, hərbi xidmətə gedənlərə güzəştlər olsun. Ancaq düşünürəm ki, bəzi futbolçular hərbi xidmətə getsə, daha yaxşı olar (gülür). İstedadlı futbolçulara güzəştlərin olması yaxşı olardı.

 

- Yeni mövsümlə bağlı artıq düşünməyə başlamısızmı?
- Açığı, klub tərəfindən təklif almışam. Ancaq hələ diqqətimiz son oyundadır. Yəqin ki, yaxın zamanda bilinəcək. Müəyyən fikirlər var, lakin hələ tam köklənə bilmirik. Büdcənin təyin olunmasından sonra planlar qururuq. Son oyundan sonra artıq bu haqda düşünməyə başlayacağıq.

Tarix: 15 May 2021 / 00:22
Müəllif: Sportal.az
Whatsapp-la göndər

Xəbər xətti

18 İyun 2021
17  Dekabrİyun 2017