"Qəbələ"nin də lehinə penalti verilərmiş - statistika

Premyer Liqanın 2020/21 mövsümündə ilk dəfə “Qəbələ”nin lehinə penalti təyin olunub.

 

Sportal.az xəbər verir ki, bu, XXVII turun “Sabah”la görüşündə (2:2) gerçəkləşib. Nikolas Raysel ikinci hissədə təyin olunan 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib.

 

Mövsümün əvvəlki 26 turunda belə imkan əldə etməyən “qırmızı-qaralar” sonuncu dəfə ötən çempionatda penalti vurub. Bu, yarımçıq dayandırılan 2019/20 mövsümünün sonuncu – XX turunda baş verib. 2020-ci il martın 7-də keçirilən “Sumqayıt”la ev oyununda (5:0) Nikolas Raysel qonaqları məyus edib.  Beləliklə, “Qəbələ” 433 gündən sonra çempionat oyununda penalti vurub.

 

“Qırmızı-qaralar” həm də mövsüm ərzində qazanılan belə şanslara görə antirekordla üzləşib. 2006/07 mövsümündən yüksək liqada çıxış edən komanda hər çempionatda ən azı 2 penalti vurub. Cari mövsümdə isə 27 matçda yalnız bir belə imkan əldə edib.

 

2006/07 – 3 penalti (2-si qeyri-dəqiq)

2007/08 – 3 (1)

2008/09 – 6 (1)

2009/10 – 4

2010/11 – 3

2011/12 – 3 (1)

2012/13 – 6 (3)

2013/14 – 6 (2)

2014/15 – 6

2015/16 – 5 (1)

2016/17 – 4 (1)

2017/18 – 3

2018/19 – 2

2019/20 – 2

2020/21 – 1

 

Ümumilikdə, Premyer Liqada 57 penalti vuran “Qəbələ” 45 dəfə qol sevinci yaşayıb. 11 metrlik cərimə zərbələri ən yaxşı icra edən futbolçu Cavid Hüseynovdur. O, 8 imkanın hamısını qola çevirib. 100 faizlik göstəriciyə malik oyunçulardan Deon Bartonla Aleksey Qay hərəyə 4, Nikolas Raysellə Filip Ozobiç hərəyə 3 dəfə fərqlənib.

Tarix: 15 May 2021 / 14:07
Müəllif: Sportal.az
Whatsapp-la göndər

Xəbər xətti

18 İyun 2021
17  Dekabrİyun 2017