Birhoff: "Özilin hisslərini düzgün qiymətləndirmədim"

Almaniya Futbol Federasiyasının milli komanalar üzrə direktoru Oliver Birhoff Məsut Özilin yığma komandadan getməsi barədə danışıb.

 

Sportal.az xəbər verir ki, 53 yaşlı mütəxəssis hazırda "Fənərbaxça"da çıxış edən futbolçu ilə danışmaq istədiyini deyib:

 

"Özili yenidən görmək, danışmaq istəyirəm. Söhbətləşsək, şad olardım. Görüşümüz üçün mətbuata açıqlama vermək lazım deyil. 2018-ci ildə millidən gedərkən onun hisslərini düzgün qiymətləndirmədim. Həmin vaxt yaşananlar da federasiyanın diqqətini dağıtmışdı. Artıq uzun zamandır Məsutla görüşmürəm. 1-2 dəfə mesaj yazdım, uşağının doğum gününü təbrik etdim. Türkiyədə özünə yeni həyat qurub, onun seçiminə görə sevinirəm. Özillə problemim yoxdur və küsməmişəm ki, onunla barışım".

 

Məsut Özil 2018-ci ildə Almaniya millisindəki karyerasını bitirib.

Tarix: 15 May 2021 / 15:51
Müəllif: Sportal.az
Whatsapp-la göndər

Xəbər xətti

18 İyun 2021
17  Dekabrİyun 2017