Premyer Liqada 9 mövsümlük ənənə qırıldı

Azərbaycan Premyer Liqasında qızıl medalların sahibinə son tur aydınlıq gətirəcək.

 

Sportal.az xəbər verir ki, bununla da çempionun vaxtından əvvəl təmin olunması seriyası başa çatıb. Sonadək oynanılan son 9 çempionatın qalibi öncədən müəyyənləşib. 3 dəfə “Neftçi”, 6 dəfə “Qarabağ”ın qızıl medallar qazandığı mövsümlərdə son tur çempionluq baxımından əhəmiyyət daşımayıb. Yarımçıq dayandırılan ötən mövsümün mükafatları ilə bağlı qərarı isə İcraiyyə Komitəsi verib.

 

Çempionun son turda müəyyənləşdiyi son yarış isə 2009/10 mövsümü olub. 11 il öncə “İnter” (indiki “Keşlə”) qızıl medalları son turda əldə edib.

Tarix: 16 May 2021 / 11:11
Müəllif: Sportal.az
Whatsapp-la göndər

Xəbər xətti

18 İyun 2021
17  Dekabrİyun 2017