"Dinamo" - "Neftçi" oyununun saatı açıqlandı

“Neftçi”nin Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Dinamo” (Tibilisi) ilə səfər oyununun saatı məlum olub.

 

Sportal.az xəbər verir ki, iyulun 7-də Boris Payçadze adına “Dinamo Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə 20:00-da başlayacaq.

 

Bu komandalar arasında cavab matçı iyulun 14-də “Bakcell Arena”da oynanılacaq.

Tarix: 17 İyun 2021 / 10:22
Müəllif: Sportal.az
Whatsapp-la göndər

Xəbər xətti

24 İyul 2021
23  Dekabrİyul 2017