Şəhriyar Məmmədyarov rəsmi qurumlardan şikayətləndi

“Bu mənim üçün qazandığım ən güclü turnir idi. Yarışda “Top-10”luqdan 7 şahmatçı iştirak edirdi”.

 

Sportal.az xəbər verir ki, bu sözləri azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov “2021 Superbet Chess Classic” turnirinin qalibi olması ilə bağlı "Facebook" səhifəsində yazıb.

 

O bildirib ki, indiyədək heç bir həmyerlimiz belə yarışı qazanmayıb: “Bu zamana qədər Azərbaycan şahmat tarixində bu kimi dairəvi turnirin qalibi olmayıb. Məni turnir ərəfəsində və sonra dəstək olan hər kəsə dərin təşəkkürümü bildirirəm”.

 

Məmmədyarov rəsmi qurumlardan təbrik almadığını da qeyd edib: “Ümid edirəm ki, təbrik almamağıma baxmayaraq, mənim bu qələbəmə bizim (şahmat, idman) aidiyyatı qurumlar da sevinir”.

Tarix: 17 İyun 2021 / 11:49
Müəllif: Sportal.az
Bİzİ Telegramda İzləyİn
Whatsapp-la göndər

Xəbər xətti

29 Sentyabr 2022
28  DekabrSentyabr 2017