"Zirə" hazırlıq planını açıqladı

“Zirə” PFK-nın mövsümlərarası hazırlıq planı bəlli olub.

 

Sportal.az xəbər verir ki, komandamız iyunun 24-də çalışmalara start verəcək. Hazırlıq mərhələsinin Bakıda keçiriləcək ilk hissəsi iyulun 16-dək davam edəcək. "Zirə" bu müddətdə 3 yoxlama oyunu keçirməyi planlaşdırır. 

 

Hazırlığın növbəti mərhələsi isə Türkiyədə baş tutacaq. 18 iyul - 1 avqust tarixlərində qardaş ölkədə olacaq komanda bu müddətdə 4 yoxlama matçı keçirməyi planlaşdırır.

Tarix: 17 İyun 2021 / 13:05
Müəllif: Sportal.az
Whatsapp-la göndər

Xəbər xətti

24 İyul 2021
23  Dekabrİyul 2017