"Olimpiakos"un baş məşqçisindən "Neftçi" açıqlaması

Yunanıstanın "Olimpiakos" klubunun baş məşqçisi Pedro Martins Çempionlar Liqasının II təsnifat mərhələsinin püşkünü dəyərləndirib.

 

Sportal.az xəbər verir ki, o, potensial rəqibləri - "Neftçi" - "Dinamo" (Tbilisi) cütü barədə bunları deyib:

 

"Bilirik ki, qarşılaşacağımız rəqiblər öz ölkələrinin çempionlarıdı. Həm Azərbaycan, həm də Gürcüstan komandası yüksək keyfiyyətə malikdi. "Neftçi", eləcə də "Dinamo" bizdən maksimum məsuliyyət və səy tələb edən komandalardı. Qarşımızda asan rəqib olmayacaq. Futbolda heç nə asan deyil",

 

II təsnifat mərhələsinin matçları 20-21 və 27-28 iyul tarixlərində keçiriləcək.

Tarix: 17 İyun 2021 / 15:23
Müəllif: Sportal.az
Whatsapp-la göndər

Xəbər xətti

24 İyul 2021
23  Dekabrİyul 2017