"Keşlə" braziliyalı vingerlə anlaşdı, "Qəbələ"nin futbolçusundan cavab gözləyir

Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək "Keşlə" heyətini daha 2 futbolçu ilə gücləndirə bilər.

 

Sportal.az xəbər verir ki, bu barədə "Report"a komandanın baş məşqçisi Sənan Qurbanov məlumat verib. Onun sözlərinə görə, ötən mövsümün sonunda "Qəbələ" ilə müqaviləsi başa çatan Rafael Utsik və Sloveniyanın "Maribor" klubundan ayrılan Felipe Santosa təklif göndərilib: "Utsik hələ bizə cavab verməyib. Santosla isə artıq razılıq əldə olunub. Amma futbolçu müqaviləyə imza atmamış hər an şey baş verə bilər".

 

Rafael ötən ilin sentyabrında "Qəbələ"də keçib. Santos isə 2018-ci ildən "Maribor"un formasını geyinirdi. O, bu müddət ərzində meydana çıxdığı 47 oyunda 4 qol vurub. 24 yaşlı hücumameylli yarımmüdafiəçi daha əvvəl ölkəsinin "Palmeyras" və Sloveniyanın "Ankaran" komandalarında da oynayıb. Hər iki futbolçu ilə bağlı məsələyə yaxın günlərdə tam aydınlıq gələcək.

 

"Keşlə" Konfrans Liqasının II təsnifat mərhələsində Rusiyanın "Soçi" klubu ilə qarşılaşacaq. Paytaxt təmsilçisi ilk oyununu iyulun 22-də səfərdə keçirəcək. Cavab görüşü isə bir həftə sonra Bakıda olacaq.

Tarix: 17 İyun 2021 / 15:31
Müəllif: Sportal.az
Whatsapp-la göndər

Xəbər xətti

24 İyul 2021
23  Dekabrİyul 2017