"Qarabağ" Avstriyaya yollanır

“Qarabağ”ın yeni mövsüm üçün hazırlıq planı bəlli olub.

 

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisinin hazırlığının ilk mərhələsi Bakıda keçiriləcək. Bakıdakı hazırlıq çərçivəsində 2 yoxlama oyunu nəzərdə tutulub. “Qarabağ” iyunun 26-da “Keşlə”, 30-da isə “Sumqayıt”la qarşılaşacaq.


Təlim məşq toplantısının 2-ci mərhələsi isə Avstriyada baş tutacaq. 12 günlük toplanış ərzində 3 yoxlama oyunu da nəzərdə tutulub. Komanda iyulun 7-də Bolqarıstanın ÇSKA (Sofiya) klubu ilə üz-üzə gələcək. İyulun 11-ə nəzərdə tutulan oyunda isə rəqib isə “Arsenal” (Tula, Rusiya) olacaq. Sonuncu rəqibin adına daha sonra aydınlıq gələcək.

Tarix: 17 İyun 2021 / 17:39
Müəllif: Sportal.az
Whatsapp-la göndər

Xəbər xətti

24 İyul 2021
23  Dekabrİyul 2017