Niderland və Belçika 1/8 finalda, Ukrayna qələbə qazandı

Avro-2020-nin qrup mərhələsi davam edir.

 

Sportal.az xəbər verir ki, 7-ci oyun günündə 3 matç keçirilib.

 

Əvvəlcə C qrupunda Ukrayna Şimali Makedoniya ilə qarşılaşıb. Görüş Ukrayna millisinin qələbəsi ilə başa çatıb - 2:1. Bu, Andrey Şevçenkonun komandasının turnirdə ilk qələbəsi olub. 

 

B qrupunda Danimarka Belçika ilə üz-üzə gəlib. Hesabı Danimarka açsa da, Belçika yığması əzmkar qələbə qazanıb - 2:1. Bununla da komanda 1/8 finala vəsiqəni təmin edən 2-ci iştirakçı olub. Bundan əvvəl A qrupunda İtaliya yığması isə 1/8 finala yüksəlmişdi.  

 

Günün sonuncu matçında isə C qrupunda Niderland Avstriya ilə oynayıb və 2:0 hesabı ilə qalib gəlib. Bu qələbə ilə xalını 6-ya yüksəldən Niderland pley-offa vəsiqəni təmin edib. 


Avropa çempionatı

2-ci tur

C qrupu

23:00. Niderland - Avstriya - 2:0
Qollar
: Depay, 11, Dumfris, 67

 

17:00.Ukrayna - Şimali Makedoniya - 2:1 
Qollar:
Yarmolenko, 29, Yaremçuk, 34 - Alioski, 57 (2:1)

 

B qrupu

20:00. Danimarka - Belçika - 1:2

Qollar: Torqan Hazard, 55, Kevin De Brüyne, 71 - Yussuf Poulsen, 2.

 

Tarix: 18 İyun 2021 / 01:01
Müəllif: Sportal.az
Whatsapp-la göndər

Xəbər xətti

24 İyul 2021
23  Dekabrİyul 2017