Milli Ukraynaya uduzdu

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Portuqaliyanın Nazare şəhərində təşkil olunan EBSL-2021 Avropa çempionatının seçmə mərhələsində bu gün ikinci oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, Ukrayna yığması ilə oyunun əsas və əlavə vaxtı 3:3 hesabı ilə yekunlaşıb. Azərbaycan millisinin heyətində Sabir Allahquliyev dubl edib, digər qolu isə Orxan Məmmədov vurub.

 

Penalti seriyasını daha dəqiq yerinə yetirən Ukrayna yığması yekunda 5:4 hesabı ilə qələbə qazanıb.

 

Azərbaycan millisi seçmə mərhələdə sonuncu oyununu sabah Almanıya yığmasına qarşı keçirəcək.

 

Milli ilk oyununda Portuqaliyaya 2:7 hesabıyla uduzmuşdu.

Tarix: 18 İyun 2021 / 17:03
Müəllif: Sportal.az
Whatsapp-la göndər

Xəbər xətti

24 İyul 2021
23  Dekabrİyul 2017