"Arsenal"da yeni 10 nömrə

İngiltərənin “Arsenal” klubu yarımmüdafiəçisi Emil Smit Rou ilə yeni müqavilə bağlayıb. 

 

Sportal.az xəbər verir ki, 20 yaşlı futbolçu ilə müqavilənin müddəti açıqlanmır. Amma Britaniya mətbuatı tərəflərin 5 illik müqaviləyə imza atdığını yazıb.

 

Emil “Arsenal”ın öz yetirməsidir. O, 2019-cu ildə “Leypsiq”də, ötən il isə “Haddersfild Taun”da icarədə oynayıb. London təmsilçisi Emilin yeni mövsümdə 10 nömrəli formanı geyinəcəyini də bildirib.

Tarix: 23 İyul 2021 / 10:22
Müəllif: Sportal.az
Whatsapp-la göndər

Xəbər xətti

25 Sentyabr 2021
24  DekabrSentyabr 2017