Roman Qriqorçuk istefa verdi

Belarusun “Şaxtyor” (Soliqorsk) klubunun baş məşqçisi Roman Qriqorçuk istefa verib.

 

Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Ukraynalı mütəxəssis Konfrans Liqasının 2-ci təsnifat mərhələsində evdə Lüksemburq “Fola”sına uduzduqları (1:2) oyundan dərhal sonra qərarını klub rəhbərliyinə açıqlayıb. Onunla birlikdə köməkçiləri da komandadan ayrılıblar.

 

Qeyd edək ki, 56 yaşlı ukrynalı mütəxəssis 2015-2018-ci illərdə "Qəbələ"nin baş məşqçisi olub.

Tarix: 23 İyul 2021 / 12:44
Müəllif: Sportal.az
Whatsapp-la göndər

Xəbər xətti

25 Sentyabr 2021
24  DekabrSentyabr 2017