Sabiq "Barselona"lı Səudiyyə Ərəbistanı klubunda

"Barselona"nın sabiq futbolçusu Paulinyo karyerasını Səudiyyə Ərəbistanıda davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi bu ölkənin “Əl Əhli” klubuna transfer olub. Klubun rəsmi saytının yaydığı məlumata görə, futbolçu ilə 3 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, son klubu Çin “Quançjou Everqrand”ı olan Paulinyo karyerası ərzində "Tottenhem" və "Barselona"da da oynayıb. O, Braziliya millisinin heyətində 56 oyunda 13 qol vurub.

Tarix: 23 İyul 2021 / 12:58
Müəllif: Sportal.az
Whatsapp-la göndər

Xəbər xətti

25 Sentyabr 2021
24  DekabrSentyabr 2017