"8 komanda ilə Premyer Liqa necə inkişaf edə bilər?" - MÜSAHİBƏ

“Zirə”dən ayrılan milli komandamızın sabiq üzvü Ruslan Qurbanov Sportal.az saytına müsahibə verib:

 

- Rusiyaya geri qayıtmısan?
- Bəli, hazırda Rusiyada, ailəmin yanındayam. Burada da fərdi məşqlər edirəm. Yerli komanda da var, onların məşqlərinə də qatılıram. Hər şey yaxşıdı.

 

- Qonşu ölkəyə yollanmağında məqsəd yaxınlarını görməkdi, yoxsa karyeranla bağlı planların var?
- Bütün ailəm və qohumlarımı görmək istəyirdim. Rusiyada oynamaq istəyirəm. Amma legioner hesab olunduğuma görə, işlər çətinləşir. Legioner olmasaydı, çoxdan Rusiya klublarından biri ilə müqavilə imzalamışdım.

 

- Sonuncu dəfə “Zirə”nin futbolçusu idin, amma səni meydanda tez-tez görmürdük. Bu nə ilə əlaqədar idi?
- Bunun nə ilə bağlı olduğunu bilmirəm. Əvvəlcə, oynamaq imkanı verilirdi, daha sonra verilmədi. Sonradan başqa oyunçulara oynamaq şansı verildiyinə görə, gördüm ki, lazım deyiləm. Mövsüm sonunda da həmin oyunçularla da yollar ayrıldı. Amma məncə, “Zirə”də heç kim məndən güclü deyildi. Lakin nə etmək olar, baş məşqçi bu cür qərar verdi. 

 

- Özün komandada qalmaq istəyirdi?
- Yox, mən özüm də ayrılmaq istəyirdim. Qalmaq nəyə lazım idiki? Ehtiyatda oturmaq üçün qalım? Əgər heyət üçün mübarizə aparmalı olsaydım, o zaman mümkün idi. 

 

- Azərbaycandan təklif olarsa, geri qayıdacaqsan?
- Xeyr, heç bir təklifim yoxdu və geri qayıtmayacam. Bu mərhələ mənim üçün bağlıdı. Başqa yerdə özümü sınamaq istəyirəm. Sadəcə legioner olmağım işlərimə maneə törədir. 

 

- Ölkə çempionatında mübarizə aparan klublardan yalnız “Sabah” və “Qarabağ”da oynamamısan. Səncə, bu klublardan birinə düşməyin realdı?
- Xeyr, real deyil. Heç bu barədə düşünmürəm.

 

- Azərbaycan çempionatının səviyyəsi barədə fikrin necədi? Səncə, səviyyə qalxıb, yoxsa düşüb?
- Əlbəttə ki, çempionatın səviyyəsi düşüb. 8 komanda ilə Premyer Liqa necə inkişaf edə bilər? Artıq hansı komandanın necə oynadığını bilirsən. İndi elə gənclər oynayır ki, çempionatın yaxşı vaxtlarında oynaya bilməzdilər.

 

- Sənin üçün yad sayılmayan “Neftçi” Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununda “Olimpiakos”a uduzdu. Necə düşünürsən, “ağ-qaralar” Bakıda mərhələni keçə biləcək?
- “Neftçi”nin “Olimpiakos”la matçını izlədim. Namik Ələsgərova can-sağlığı arzulayıram. Bakıda “Olimpiakos”la oyunda şanslar çox yaxşıdı. Əminəm ki, Samir Abasov nəsə fikirləşəcək. Çünki o, yaxşı məşqçidir.

Tarix: 23 İyul 2021 / 13:10
Müəllif: Sportal.az
Whatsapp-la göndər

Xəbər xətti

25 Sentyabr 2021
24  DekabrSentyabr 2017