Azərbaycanlı hakim Konfrans Liqası oyununda 8 sarı vərəqə göstərdi

Azərbaycanlı FIFA referisi Rauf Cabbarov Konfrans Liqasının oyununu idarə edib.

 

Sportal.az xəbər verir ki, o, II təsnifat mərhələsində "Teuta" (Albaniya) - "İnter" (Andorra) matçında fit çalıb.


Oyun Andorra təmsilçisinin qələbəsi ilə başa çatıb - 2:0. Cabbarov bu oyunda 8 futbolçunu sarı vərəqə ilə cəzalandırıb. O, hər komandadan 4 oyunçuya rəsmi xəbərdarlıq edib.

 

Rauf Cabbarova yan xətdə Namiq Hüseynov və Cavanşir Yusifov kömək edib. Dördüncü hakim funksiyasını isə Rəşad Əhmədov yerinə yetirib.

Tarix: 23 İyul 2021 / 14:10
Müəllif: Sportal.az
Whatsapp-la göndər

Xəbər xətti

25 Sentyabr 2021
24  DekabrSentyabr 2017