Azərbaycan Premyer Liqasında püşkün vaxtı bilindi

Azərbaycan Premyer Liqasında 2021/2022-ci illər mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib.

 

Sportal.az PFL-in saytına istinadən xəbər verir ki, mərasim iyulun 30-da AFFA-nın inzibati binasında keçiriləcək.

 

Tədbir saat 14:00-da başlanacaq və pandemiya qaydalarına riayət olunmaqla keçiriləcək.

 

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının yeni mövsümü 14 avqustda start götürəcək.

Tarix: 23 İyul 2021 / 15:25
Müəllif: Sportal.az
Whatsapp-la göndər

Xəbər xətti

25 Sentyabr 2021
24  DekabrSentyabr 2017