"Barselona" gənc futbolçuya 500 milyon avro qiymət qoydu

İspaniyanın "Barselona" klubunda yeni müqavilə qeydə alınıb.

 

Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisi gənc müdafiəçi Alexandro Balde ilə yeni sözləşmə imzalayıb.

 

Klubun rəsmi saytının yaydığı məlumata görə, 17 yaşlı sol cinah müdafiəçisinin müqaviləsi 2024-cü ilədək uzadılıb. Futbolçunun sərbəst qalmaq məbləği 500 milyon avro təyin edilib.

 

Qeyd edək ki, Alexandro Balde "Barselona"nın yetirməsidir. O, Kataloniya təmsilçisinin B komandasında çıxış edir.

Tarix: 23 İyul 2021 / 15:51
Müəllif: Sportal.az
Whatsapp-la göndər

Xəbər xətti

25 Sentyabr 2021
24  DekabrSentyabr 2017