"Mançester Siti"nin transferi ən bahalı oyunçu olacaq

“Tottenhem” və İngiltərə millisinin forvardı Harri Keyn “Mançester Siti”yə keçməyə hazırlaşır.

 

Sportal.az xəbər verir ki, London təmsilçisinin prezidenti Daniel Levi forvardı “şəhərlilər”ə satmağa razılaşıb. Keyf üçün "Mançester Siti" qarşı tərəfə 160 milyon funt ödəyəcək.

 

Keçidi baş tutacağı təqdirdə, forvard Premyer Liqa tarixinin ən bahalı transferi olacaq. Hələ ki, Premyer Liqa ən bahalı transfer ünvanı Pol Poqba aiddi. O, 2016-cı ildə "Yuventus"dan "Mançester Yunayted"ə 89 milyon funt qarşılığında keçmişdi. 

 

Harri Keyn özü isə yeni komandasında həftəlik 400 min funt qazanacaq. Belədə, o, Premyer Liqa tarixinin ən yüksək məvacibli futbolçusu ünvanına sahib çıxacaq. Hazırda çempionatın ən yüksək məvacibli futbolçusu “şəhərlilər”in aparıcı üzvü Kevin de Bruynedi. O, həftəlik 385 min funt maaş alır.

Tarix: 23 İyul 2021 / 17:20
Müəllif: Sportal.az
Whatsapp-la göndər

Xəbər xətti

25 Sentyabr 2021
24  DekabrSentyabr 2017