"Olimpiakos" Bakıda məşq etməyəcək

Çempionlar Liqasının II təsnifat mərhələsində iyulun 28-i saat 21:00-da “Bakcell Arena” stadionunda keçiriləcək “Neftçi” – “Olimpiakos” oyunu öncəsi "ağ-qaralar"ın baş məşqçisi Samir Abasov və futbolçu Sabir Buqrinin iştirakı ilə mətbuat konfransı təşkil olunacaq. Tədbir iyulun 27-i saat 20:30-dan etibarən “Bakcell Arena”da keçiriləcək. Konfransdan sonra, saat 21:00-da isə komandanın media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqəsi) baş tutacaq.

 

Sportal.az xəbər verir ki, “Olimpiakos”un mətbuat konfransı və açıq məşqi isə iyulun 27-də Yunanıstanda keçiriləcək. Bakı vaxtı ilə saat 10:30-da klubun təlim-məşq bazasında rəqib komandanın açıq məşqi, 13:00-da isə “Georgios Karaiskakis” stadionunda “Zoom” proqramı vasitəsilə mətbuat konfransı təşkil olunacaq. Konfransda iştirak etmək istəyən KİV nümayəndələri üçün “Zoom” proqramının linki paylaşılacaq.

Tarix: 23 İyul 2021 / 19:32
Müəllif: Sportal.az
Whatsapp-la göndər

Xəbər xətti

25 Sentyabr 2021
24  DekabrSentyabr 2017