Tokio-2020: Azərbaycan təmsilçisi finala yüksələ bilmədi

Azərbaycanın güllə atıcısı Ruslan Lunyov Tokioda keçirilən Yay Olimpiya Oyunlarında finala vəsiqə qazana bilməyib.

 

Sportal.az xəbər verir ki, İslamiadanın qalibi 10 metr məsafəyə atəşaçmada mübarizəni təsnifat mərhələsində dayandırıb. Lunyon 6 atışdan 574 xal toplayıb və yarışı 20-ci pillədə bitirib. Bu nəticə Lunyovun final mərhələsinə vəsiqə qazanması üçün üçün yetərli olmayıb.

 

Bundan əvvəl Azərbaycanı təmsil edən iki cüdoçu, Kəramət Hüseynov və Aişə Qurbanlı Tokio-2020-də mübarizəni dayandırıb.

Tarix: 24 İyul 2021 / 10:28
Müəllif: Sportal.az
Whatsapp-la göndər

Xəbər xətti

25 Sentyabr 2021
24  DekabrSentyabr 2017