"Zittlau çoxdandır ki, Bakıda yaşayır, özü bizə müraciət edib, ona güvənimiz böyükdü"

“Hanza” və “Ayntraxt” forması geyinmiş Fabian Zittlaunun “Qaradağ Lökbatan”da oynayacağı barədə xəbər vermişdik. 31 yaşlı almaniyalının komandaya necə keçdiyini və onun Lökbatan klubunda hansı perspektiv vəd etdiyi maraqlıdı.

Sportal.az saytına açıqlama verən Rafael Əmirbəyov məhz bu haqda danışıb. O, alman futbolçunun çoxdandır ki, Bakıda yaşadığını bildirib: "Zittlau Bakıda yaşayan və burada kompaniyaların birində işləyən biridi. Yəni ilk dəfə deyil ki, paytaxtımıza gəlib, çoxdandır buradadı. O, özü bizə müraciət etdi və yoxlanışa gəlmək istədiyini bildirdi. Biz də onu yoxlanışa dəvət etdik. Bir müddət onu yoxladıq və müqavilə imzaladıq".

Əmirbəyov, alman futbolçunun hansı perspektiv vəd etdiyini və ondan gözləntiləri haqda isə bunları deyib: "Uzun müddətdir ki, bizimlə birlikdə məşq edir. Hardasa 2 aya yaxındı. İndi daha yaxşı formaya düşüb. O, yoxlama oyunlarımızda da oynayıb. Fabionun 1-ci divizionda bizə çox xeyri dəyəcək. Zittlauya ümidimiz böyükdü. Əslində məqsədlərimizin önəmlisi ölkə futboluna xeyir verməkdi. Ancaq Fabioya gəlincə, biz onun necə futbolçu olduğunu bilirik və əminik ki, bizə çox xeyri dəyəcək”.

Tarix: 24 Sentyabr 2021 / 12:30
Müəllif: Sportal.az
Whatsapp-la göndər

Xəbər xətti

28 Oktyabr 2021
27  DekabrOktyabr 2017