"Vüqar Həşimov" komandası növbəti qələbəsini qazandı

Makedoniyanın Struqa şəhərində kişi şahmatçılar arasında klublararası Avropa kuboku yarışının 6-cı turunun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Azərbaycanı təmsil edən “Vüqar Həşimov” komandası 6-cı turda Sloveniyanın “Sloven Ruma” komandası ilə mübarizə aparıb. Qarşılaşma komandamızın 4,5:1,5 hesablı qələbəsi ilə başa çatıb.

 

9 xalı olan "Vüqar Həşimov" 4-6-cı yerləri bölüşür.

 

Xatırladaq ki, kişilərin yarışında 38 komanda mübarizə aparır.

Tarix: 24 Sentyabr 2021 / 12:43
Müəllif: Sportal.az
Whatsapp-la göndər

Xəbər xətti

28 Oktyabr 2021
27  DekabrOktyabr 2017