"Yuventus" argentinalını razı saldı, rəsmi müqavilə olacaq

“Yuventus”un futbolçusu Paulo Dibala klubu ilə yeni müqavilə imzalayacaq.

Sportal.az xəbər verir ki, yeni müqaviləyə əsasən argentinalı 2025-ci ilə kimi “qoca sinyora”ya məxsus olacaq.

Tərəflər artıq şifahi razılıq əldə edib və şənbə günü Dibalanın rəsmi müqaviləyə qol çəkəcəyi ehtimal edilir.

​Qeyd edək ki, Dibalanın Turin klubu ilə müqaviləsi 2022-ci ildə başa çatacaqdı. 

Tarix: 24 Sentyabr 2021 / 12:56
Müəllif: Sportal.az
Whatsapp-la göndər

Xəbər xətti

28 Oktyabr 2021
27  DekabrOktyabr 2017