Azərbaycanlı futbolçu Polşa klubuna keçdi

Azərbaycanlı futbolçu Elvin Dəmirov karyerasını Polşada davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, 23 yaşlı müdafiəçi “JKS Yaroslav” klubuna keçib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Dəmirovun 4-cü liqa təmsilçisi ilə imzaladığı müqavilənin detalları açıqlanmayıb.

 

Elvin Azərbaycanda “Sumqayıt” və “Qəbələ” klublarında çıxış edib. Onun son klubu "Kəpəz" olub. Futbolçu Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında forma geyinib.

Tarix: 24 Sentyabr 2021 / 13:39
Müəllif: Sportal.az
Whatsapp-la göndər

Xəbər xətti

28 Oktyabr 2021
27  DekabrOktyabr 2017