"Klopp və Milner az qala əlbəyaxa olacaqdılar"

"Liverpul"un keçmiş müdafiəçisi Raqnar Klavan 201 -ci ildə baş məşqçi Yurgen Kloppla yarımmüdafiəçi Ceyms Milner arasında baş verən insidentdən danışıb.

 

Sportal.az xəbər verir ki, ölkəsinin "Payde" klubunda çıxış edən 35 yaşlı estoniyalı futbolçu bunları deyib:

 

"Ən gərgin vəziyyət Milad bayramı ərəfəsində idi. Kiminlə oynadığımızı xatırlamıram. Bəlkə də "Sanderlend"ə qarşı səfər oyunu idi. Klopp və Milner az qala əlbəyaxa olacaqdılar, amma Ceyms geri çəkildi. Kloppun gözlərindən aydın idi ki, fikrini sübut etmək üçün hər şey etməyə hazırdır. Onun üçün çox stresli dönəmlər idi və üzərində təzyiq çox idi. Mənim üçün "Liverpul"da birinci, Klopp üçün ikinci il idi. Hamı onu yaxşı məşqçi hesab edir. Bu, oyunçularını superulduz edən Yurgen Kloppdur. Təbii ki, təzyiqlər ona təsir etdi. Ancaq komanda "Sanderlend"i məğlub edə bilmirsə, hamı hər şeyi unuda bilər".

Tarix: 24 Sentyabr 2021 / 18:42
Müəllif: Sportal.az
Whatsapp-la göndər

Xəbər xətti

28 Oktyabr 2021
27  DekabrOktyabr 2017