Klattenburq Atkinsonla soyuq münasibətindən danışdı

Məşhur britaniyalı hakim Mark Klattenburq həmkarı Martin Atkinsonla bir dəfə necə dava etdiyini deyib.

 

Sportal.az xəbər verir ki, referi bunları deyib:

 

"Mənimlə Atkinson arasında siyasi müharibə oldu. Heç vaxt barışmadıq. Bir dəfə futbol zalında beş-beşə oynadıq. Mübarizə zamanı, o, məni geri itələdi. Mən də onu vurdum. Düzdür, o andan etibarən həmişə bir-birimizə hörmətlə yanaşdıq, amma dostluqdan söhbət gedə bilməzdi. Baş verənləri unutmaq əvəzinə mənə qarşı sərt davranmağa başladı. Onun karyerasın üçün təhlükə olanda və təzyiqlər artanda bu hiss daha da gücləndi. Avropadakı matçların birində Atkinsonun köməkçilərindən biri təyinat aldığım oyunda dördüncü hakim idi. Atkinsona hər şey barədə hesabat verdiyini bilirdim".

Tarix: 24 Sentyabr 2021 / 20:20
Müəllif: Sportal.az
Whatsapp-la göndər

Xəbər xətti

28 Oktyabr 2021
27  DekabrOktyabr 2017