Ronaldo Superliqa layihəsini dəstəklədi

Braziliya millisinin sabiq forvardı Ronaldo Superliqa turnirinin yaradılmasından yanadır.

Sportal.az xəbər verir ki, braziliyalı veteran futbolçu layihənin doğru tanıdılmamasından şikayətlənib:

"Superliqa ideyası yaxşıdı, pis deyil. Azarkeşlər ən yaxşı oyunlara baxmaq istəyir. İnsanlar "Real" - "Milan", "İnter"- "Mançester Siti" və ya PSJ - "İnter" kimi klubların matçlarını izləməkdən yanadı. Amma təəssüf ki, bu cür oyunlara baxmaq üçün 1/8 və ya 1/4 final mərhələsinin oyunlarını gözləmək lazım gəlir.

İngiltərədə Superliqa ideyasını müsbət qarşılamadılar. Bəlkə də bu layihə insanlara yaxşı təqdim edilmədi. Halbuki bu layihənin böyük potensialı var idi".

Tarix: 24 Sentyabr 2021 / 15:03
Müəllif: Sportal.az
Whatsapp-la göndər

Xəbər xətti

28 Oktyabr 2021
27  DekabrOktyabr 2017