"Vüqar Həşimov" komandası bürünc medal qazandı

Makedoniyanın Struqa şəhərində kişi şahmatçılar arasında klublararası Avropa kuboku yarışında Azərbaycan komandası bürünc medal qazanıb.

 

Sportal.az xəbər verir ki, Azərbaycanı təmsil edən “Vüqar Həşimov” komandası 7-ci turda turnirin favoriti Makedoniyanın “Alkaloid” komandasını məğlub edib. Xalların sayını 11-ə çatdıran komandamız 3-cü yeri tutub.

 

Xatırladaq ki, kişilərin yarışında 38 komanda mübarizə aparır.

Tarix: 25 Sentyabr 2021 / 11:11
Müəllif: Sportal.az
Whatsapp-la göndər

Xəbər xətti

28 Oktyabr 2021
27  DekabrOktyabr 2017