"Qalatasaray"ın vingeri Bundesliqa klublarının "radar"ında

"Qalatasaray"ın futbolçusu Kərəm Aktürkoğlu karyerasını Almaniyada davam etdirə bilər.

 

Sportal.az xəbər verir ki, Bundesliqa təmsilçiləri - "Volfsburq", "Hoffenhaym" və "Ştutqart" 22 yaşlı vingerlə yaxından maraqlanır. Hər üç klub Türkiyə millisinin üzvünü izləmək üçün İstanbula nümayəndələr göndərəcək.

 

Qeyd edək ki, "Qalatasaray" Kərəm Aktürkoğlunu 2020-ci ilin yayında 3-cü liqa təmsilçisi "24 Ərzincanspor"dan transfer edib. Gənc futbolçu "cim bom"un heyətində meydana çıxdığı 42 matçda 9 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Tarix: 25 Sentyabr 2021 / 12:56
Müəllif: Sportal.az
Whatsapp-la göndər

Xəbər xətti

28 Oktyabr 2021
27  DekabrOktyabr 2017