Dani Alveş ilin sonuna qədər klubsuz qalacaq

Braziliyanın "San-Paulu" klubundan ayrılan Dani Alveş açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 38 yaşlı müdafiəçi ilin sonuna qədər azad agent olacağını deyib:

 

"Uşaqlıq xəyalımı reallaşdırdım və 2 il "San-Paulu"da çıxış etdim. Yeni ilə qədər başqa klublarla müqavilə imzalamayacağam. Qərarlar çətin şəkildə verilir, amma həyatda nəsə asan deyil".

 

Braziliya millisinin keçmiş üzvünün yeni ildə Avropaya qayıdacağı iddia edilib.

Tarix: 25 Sentyabr 2021 / 15:15
Müəllif: Sportal.az
Whatsapp-la göndər

Xəbər xətti

28 Oktyabr 2021
27  DekabrOktyabr 2017