Falkao yeni klubunda rekord forma satışı ilə diqqət çəkdi

"Qalatasaray"dan "Rayo Valyekano"ya keçən Radamel Falkao yeni klubuna forma satışı ilə fayda verir.

 

Sportal.az xəbər verir ki, kolumbiyalı hücumçunun 1 həftə ərzində forması rekord şəkildə satılıb. Klub tarixində ilk dəfə bu hal yaşanıb. Fan-şopda formanın biri 80 avro təşkil edir.

 

Madrid təmsilçisinin prezidenti Raul Martis 35 yaşlı oyunçudan meydanda daha çox gözləntilərinin olduğunu deyib.

 

Falkao La Liqa klubunda keçirdiyi 2 oyunda 2 qol vurub.

Tarix: 25 Sentyabr 2021 / 14:06
Müəllif: Sportal.az
Whatsapp-la göndər

Xəbər xətti

28 Oktyabr 2021
27  DekabrOktyabr 2017