"Qarabağ" üçün tanış hakim

Avropa Konfrans Liqası qrup mərhələsinin 3-cü turu çərçivəsində baş tutacaq "Qarabağ" - "Kayrat" matçının hakimləri açıqlanıb.

 

Sportal.az xəbər verir ki, qarşılaşmanı Ukraynadan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Yevgeni Aranovskiy olacaq. Ona həmyerliləri Semyon Şlonçakla Andrey Skripka köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Vitali Romanov yerinə yetirəcək.

 

Yevgeni Aranovskiy ötən mövsüm Avropa Liqasının qrup mərhələsində baş tutan "Qarabağ" - "Vilyarreal" matçında 4-cü hakim olub.

 

Qeyd edək ki, "Qarabağ" - "Kayrat" oyunu 21 oktyabr tarixində, saat 20:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

Tarix: 19 Oktyabr 2021 / 12:25
Müəllif: Sportal.az
Whatsapp-la göndər

Xəbər xətti

27 Noyabr 2021
26  DekabrNoyabr 2017