Azərbaycanlı futbolçular eyni klubda oynayacaq

Azərbaycanlı forvard, ölkə çempionatımızda bombardir olmuş Nurlan Novruzov yenidən Nepalda oynayacaq.

Sportal.az saytının məlumatına görə, son olaraq Nepalda "Lalitpur" klubunda çıxış edən Nurlan “Maçindra” ilə anlaşıb.

Bu kluba keçəcək tək futbolçu Nurlan olmayacaq. Belə ki, onunla yanaşı U-21 yığmamızın sabiq üzvü Sadiq Quliyev də bu klubda oynayacaq. Hər iki futbolçu yaxın günlərdə Nepala yollanacaq.

Tarix: 25 Oktyabr 2021 / 10:57
Müəllif: Sportal.az
Whatsapp-la göndər

Xəbər xətti

27 Noyabr 2021
26  DekabrNoyabr 2017