Bu gün İstanbul derbisi var

Bu gün Türkiyə Super Liqasında 10-cu tuta yekun vurulacaq.

 

Sportal.az xəbər verir ki, son oyun günündə İstanbul derbisi baş tutacaq. Mövsümün ilk derbisi "Beşiktaş" və "Qalatasaray" arasında oynanılacaq.

 

Fırat Aydınusun rəhbərlik etdiyi hakimlər briqadasının idarə edəcəyi qarşılaşma Bakı vaxtilə saat 21:00-da "Vodafon Park" stadionunda keçiriləcək.

 

Qeyd edək ki, 9 turdan sonra hər iki komanda 17 xal toplayıb və 6-8-ci yerləri bölüşür.

Tarix: 25 Oktyabr 2021 / 12:50
Müəllif: Sportal.az
Whatsapp-la göndər

Xəbər xətti

27 Noyabr 2021
26  DekabrNoyabr 2017