Namik Ələsgərov: "Bursaspor"da özümü rahat hiss edirəm"

“Bursaspor”un futbolçusu Namik Ələsgərov 10-cu turun “Balıkəsirspor”(2:0) üzərindəki qələbəsini şərh edib.

Sportal.az xəbər verir ki, millimizin üzvü özünü Bursa klubunda yaxşı hiss etdiyini bildirib: “Qalib gəldiyimizə görə şadam. Ardıcıl 2-ci qələbəsidi. Seriyanı davam etdirmək istəyirik. Növbəti matçlarda da bu oyunlardakı kimi kollektiv oynamalıyıq.

​Mövsümə yaxşı başlamışdıq, amma uşaqlar bir-birinə öyrəşib, daha yaxşı oynamağa başladıq. Daha da artıracağıq. Özümə gəldikdə, yetərincə müddətdir ki, buradayam və özümü yaxşı hiss edirəm. Adaptasiya prosesi geridə qalıb. İlk qolumu vurdum, daha yaxşı oynayacağımı düşünürəm”.

Tarix: 25 Oktyabr 2021 / 13:03
Müəllif: Sportal.az
Whatsapp-la göndər

Xəbər xətti

27 Noyabr 2021
26  DekabrNoyabr 2017