Serbiya yığmasının sabiq məşqçisi: "Azərbaycan Premyer Liqası güclü olmalıdı ki, milli də güclənə bilsin"

Azərbaycanda oynamış serbiyalılardan olan Mirko Bunyevçeviç Sportal.az saytına açıqlama verib.

Vaxtilə AZAL-da oynamış veteran futbolçu hazırda məşqçiliklə məşğuldu. Bunyevçeviç Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsinin Serbiya ilə oyununu da xatırlayaraq bunları deyib:

"Yaxşı oyun alınmışdı. Serbiya üstün oynasa da, Azərbaycan millisinin də qol imkanları var idi. Azərbaycan millisində texnikalı və cəld futbolçuları gördüm. Bilirsiz, ölkə çempionatı güclü olmalıdı ki, milli komanda da güclənə bilsin. Azərbaycan çempionatında gənclər çox oynamalıdı. Serbiyadakı kimi 2 gənc oynamalıdı əsas heyətdə. 

Əlbəttə, Azərbaycan millisi üçün 1 xal azdı. U-15 yığmasından U-21 yığmalarına kimi yaxşı məşqçilər təyin edilməlidi".

Bunyevçeviç Azərbaycandakı çıxışını da xatırlayaraq, futbolumuzun necə inkişaf edə biləcəyini söyləyib:

"AZAL-da 2 il oynamışam və daima özümü orada hiss etmişəm. Futbol daha yaxşı olmağa başlamışdı. Indi stadionlar Avropadakı kimidi. Sadəcə problem odur ki, ölkə xaricində azərbaycanlı futbolçular az oynayır. Indi çempionatınızın durumunu tam bilmirəm, sadəcə onu bilirəm ki, o vaxtı liqada çox komanda var idi. Neftçi, "Xəzər Lənkəran", "Bakı", AZAL, "Qəbələ"nin adını çəkə bilərəm. Sizə UEFA Pro lisenziyalı, futbolu necə inkişaf etdirmək lazım olduğunu bilən məşqçilər lazımdı. Həm də gənc. Köməkçilər isə yerli olmalıdı ki, daha sonra onlar A millidə çalışsın. Gənc məşqçi lazımdı ki, enerjili olsun, futbolçular da məşqçilərin nə istədiyini bilsin.

U-15dən tutmuş U-21 yığmasına kimi hamısı A milli kimi, eyni stildə oynamalıdı. Buna isə zaman lazımdı. Azərbaycanda gənc məşqçilər var ki, A millidə baş məşqçi ola bilər. Qurban Qurbanov da milliyə rəhbərlik etdi, sadəcə zaman lazımdı. Hazırda PRO kateqoriyam var. Imkan olarsa, Azərbaycanda da çalışmağa hazıram. Ölkəni yaxşı tanıyıram, orada oynamışam".

Bunyevçeviç “Srvena Zvezda”nın U-16, U17 komandalarında, həmçinin Serbiyanın U-21 yığmasında köməkçi, U-17 yığmasında isə baş məşqçi kimi çalışıb.

Tarix: 25 Oktyabr 2021 / 14:39
Müəllif: Sportal.az
Whatsapp-la göndər

Xəbər xətti

27 Noyabr 2021
26  DekabrNoyabr 2017