Messidən son 16 ilin ən uğursuz startı

PSJ-nin hücumçusu Lionel Messi mövsümə uğursuz start verib.

 

Sportal.az xəbər verir ki, argentinalı ulduz hələ də Fransa Liqa 1-də qol hesabını aça bilməyib.

 

Messi bu mövsüm Fransa çempionatında iştirak etdiyi 4 oyunun heç birində fərqlənə bilməyib. 34 yaşlı futbolçu 2005/06 mövsümündən bəri ilk dəfə mövsümün startındakı 4 matçda qol vura bilməyib. O, "Reyms", "Lion", "Renn" və "Marsel"lə görüşləri qol vurmadan tamamlayıb.

 

Qeyd edək ki, Messi PSJ ilə Çempionlar Liqasında 3 qol vurub

Tarix: 25 Oktyabr 2021 / 17:06
Müəllif: Sportal.az
Whatsapp-la göndər

Xəbər xətti

27 Noyabr 2021
26  DekabrNoyabr 2017