Mahir Emrelinin baş məşqçisi ilə yollar ayrıldı

Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxış etdiyi "Legiya" klubunda baş məşqçi ayrılığı gerçəkləşib.

 

Sportal.az xəbər verir ki, Varşava təmsilçisi Çeslav Mixneviçlə yollarını ayırıb. Bu barədə Polşa klubunun rəsmi saytı məlumat yayıb. 51 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

 

Mixneviçi baş məşqçi postunda Marel Qolebievski əvəz edəcək.

 

Qeyd edək ki, "Legiya" Avropa Liqasında 3 turda topladığı 6 xalla qrup lideridi. Polşa çempionatında işləri yaxşı getməyən varşavalılar 12 turdan sonra 9 xalla 15-ci pillədə qərarlaşıb.

Tarix: 25 Oktyabr 2021 / 19:07
Müəllif: Sportal.az
Whatsapp-la göndər

Xəbər xətti

27 Noyabr 2021
26  DekabrNoyabr 2017