"Milan" 1954/1955 mövsümündəki rekordunu təkrarladı

“Milan” İtaliya A seriyasının 10-cu turunda “Torino”ya 1:0 hesabı ilə qalib gəlib.

Sportal.az xəbər verir ki, bu qələbə ilə “rossonyerlər” 10 mümkün qələbənin 9-dan qalib ayrılıb. Stefano Pioli beləliklə, Bela Quttmanın rekordunu yeniləmiş olub.

​Belə ki, “Milan” Quttmanın rəhbərliyi altında 1954/1955 mövsümündə sezonun ilk 10 oyunundan 9-da qalib gəlib, mövsüm sonunda çempionluğu qazanmışdı. 

Tarix: 27 Oktyabr 2021 / 14:09
Müəllif: Sportal.az
Whatsapp-la göndər

Xəbər xətti

30 Noyabr 2021
29  DekabrNoyabr 2017