Vüsal İsgəndərlinin klubu kubokla vidalaşdı

Türkiyə Kubokunda 3-cü turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İskəndərlinin çıxış etdiyi "Ankara Keçiörengücü" öz meydanında "Ağrı 1970 Spor"la qarşılaşıb. Əsas və əlavə vaxtı qolsuz bərabərliklə başa çatan matçın qalibinə penaltilər seriyasında aydınlıq gəlib. Burada daha dəqiq olan Ağrı təmsilçisi növbəti mərhələyə yüksəlib.

 

Vüsal kubok qarşılaşmasının iştirakçısı olmayıb. Onun adı görüşün iştirak ərizəsinə daxil edilməyib. Baş məşqçi Taner Taşkın əsasən çempionatda az forma şansı qazanan futbolçuları meydana buraxıb.

Tarix: 27 Oktyabr 2021 / 17:20
Müəllif: Sportal.az
Whatsapp-la göndər

Xəbər xətti

30 Noyabr 2021
29  DekabrNoyabr 2017