"Qarabağ"ın rəqibi yarımfinalda

"Qarabağ"ın Konfrans Liqasının qrup mərhələsindəki rəqibi "Kayrat" növbəti oyununa çıxıb.

 

Sportal.az xəbər verir ki, komanda Qazaxıstan kubokunun 1/4 finalında cavab matçında "Kaysar"ın qonağı olub. Ilk görüşdə 3:0 hesablı qələbə qazanan Almatı təmsilçisi bu dəfə də qalib gəlib - 2:0. Qolları 76-cı dəqiqədə Vaqner Lav, 88-ci dəqiqədə isə Artur Şuşenaçev vurublar.

 

"Kayrat" yarımfinalda "Astana" ilə qarşılaşacaq.

 

"Kayrat" Konfrans Liqasının qrup mərhələsinin 3-cü turunda Bakıda "Qarabağ"a 1:2 hesabı ilə uduzub. Komandalar arasında 2-ci görüş noyabrın 4-də Almatıda gerçəkləşəcək.

Tarix: 27 Oktyabr 2021 / 20:00
Müəllif: Sportal.az
Whatsapp-la göndər

Xəbər xətti

30 Noyabr 2021
29  DekabrNoyabr 2017