Azərbaycan gimnastları ikinci gündə çıxışlarını başa vurub

Azərbaycanın bədii gimnastları Zöhrə Ağamirova, Arzu Cəlilova və Nərmin Bayramova Yaponiyanın Kitakyuşu şəhərindəki dünya çempionatının ikinci günündə çıxışlarını başa vurublar.

 

Sportal.az xəbər verir ki, Ağamirova lentlə hərəkətlərdə 19,950 xal toplayıb və 12-ci sırada qərarlaşıb. Bu növdə 16,475 xala layiq görülən Bayramova isə 30-cu yerlə kifayətlənməli olub.

 

Arzu Cəlilova gürzlərlə (21,700) 20-ci yeri tutub. Ağamirova isə bu alətlərdə (22,050) 14-cü pillədə yer alıb.

 

Onlar "8-liy"ə düşmə şanslarını itirdikləri üçün fərdi mübarizədə finala vəsiqə qazana bilməyiblər.

 

Ağamirovanın çoxnövçülükdə 4 çıxışdan sonra hələlik 84,550 xalı var. Mundialda 3 alətlə çıxış edən Cəlilova isə 65,650 xala malikdir.

 

Ağamirovanın çoxnövçülükdə finala vəsiqə qazanıb-qazanmayacağı təsnifat mərhələsinin sonunda bəlli olacaq.

 

Zeynəb Hümmətova, Ləman Əlimuradova, Darya Sorokina, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət qrup hərəkətləri komandasl oktyabrın 29-da 5 top, eləcə də 3 halqa və 2 cüt gürzlərlə çıxışlarını nümayiş etdirəcəklər.

Tarix: 28 Oktyabr 2021 / 14:44
Müəllif: Sportal.az
Whatsapp-la göndər

Xəbər xətti

30 Noyabr 2021
29  DekabrNoyabr 2017