"Bazel"in hücumçusu "Qalatasaray"ın hədəfində

"Qalatasaray" hücum xəttini gücləndirmək istəyir.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi İsveçrənin "Bazel" klubunun futbolçusu Artur Kabralı heyətinə qatmağı hədəfləyir. "Sarı-qırmızılar" 23 yaşlı hücumçu üçün rəsmi təklif ünvanlayacaq.

 

"Bazel" UEFA Konfrans Liqasında "Qarabağ"la birlikdə H qrupunda mübarizə aparır. Braziliyalı forvard bu mövsüm 20 matçda 22 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Tarix: 28 Oktyabr 2021 / 15:15
Müəllif: Sportal.az
Whatsapp-la göndər

Xəbər xətti

30 Noyabr 2021
29  DekabrNoyabr 2017